Azərbaycan, Bakı, 17 mart /Trend/
Yanvar-fevral aylarında "Şimal" elektrik stansiyası 444 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal edib ki, bu da proqnozlaşdırılandan bir milyon kilovat-saat çoxdur. Bu barədə "Azərenerji" SC-nin (Azərbaycanda elektrik enerjisinin istehsalı və payhlanması) cümə axşamı yaydığı məlumatda deyilir.
Məlumatda deyildiyi kimi, fevralda stansiya 213,5 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edib ki, bu da proqnozlaşdırılandan 500 min kilovat-saat çoxdur.
Həmçinin, bu dövrdə stansiyanın yenidən qurulması və abadlaşdırılması üzrə işlər görülüb. Enerji blokunda təmir aparılıb və qaz turbini yoxlanıb. Aşkar olunan qüsurlar dərhal aradan qaldırılıb.
İkinci enerji blokunun tikintisinə hazırlıq işləri davam edir. Tikinti meydanının təmizlənməsi işləri aparılır, köhnə tikililər və aqreqatlar sökülür.