...

Azərbaycan ilə bağlanmış saziş Gürcüstana sabit qaz tədarükünü təmin edir - nazir

Energetika Materials 29 Mart 2011 17:10 (UTC +04:00)
Çərşənbə axşamı Gürcüstanda IX Beynəlxalq "Neft, qaz, infrastuktur və energetika" (GIOGIE 2011) konfransı işə başlayıb.
Azərbaycan ilə bağlanmış saziş Gürcüstana sabit qaz tədarükünü təmin edir - nazir

Gürcüstan, Tbilisi, 29 mart /Trend, müxbir N.Kirsxaliya/

Çərşənbə axşamı Gürcüstanda IX Beynəlxalq "Neft, qaz, infrastuktur və energetika" (GIOGIE 2011) konfransı işə başlayıb.

Konfransı Gürcüstanın energetika naziri Aleksandr Xetaquri açıb. O, Gürcüstanın enerji sektorunun gələcək enerji layihələri və inkişaf perspektivləri barədə danışıb.

Nazir tikintisi 2015-ci ilədək planlaşdırılan 13 SES, eləcə də Gürcüstan və Azərbaycanın, Gürcüstan və Türkiyənin enerji sistemlərini birləşdirəcək elektrikötürücü xətlər barədə məlumat verib.

Xetaquri qeyd edib ki, Gürcüstan 2015-ci ilədək elektik enerjisinin ixracını iki dəfə artırmaq niyyətindədir. Nazirin sözlərinə görə, bu vaxtadək elektrik enerjisinin ixracı üzrə infrastruktur da yaradılacaq.

Xetaquri enerji təhlükəsizliyi məsələləri üzərində də dayanıb və Gürxüstan enerjidaşıyıcılarının tədarükünün şaxələndirilməsi üzrə səylər haqqında danışıb. Bununla əlaqədar nazir Azərbaycanla bağlanmış ölkəni təbii qazla təmin etməyə imkan verən sazişi xüsusi qeyd edib.

"Bu saziş bizə 10 ildir qiyməti dəyişməyən qazı sabit almağa imkan verir, bu isə ölkə iqtisadiyyatını sabit inkişaf etdirməyə və əhalini qazla təmin etməyə şərait yaradır", - o bildirib.

Xetaquri AGRI layihəsi çərçivəsində maye qaz üzrə zavodun tikintisi məsələsinin vaxtında həll edilməsinin labüdlüyünü xüsusi qeyd edib.

"Bu layihənin həyata keçirilməsi bizə Azərbaycan qazını artıq bu gün Avropaya tədarük etməyə imkan verəcək", - nazir vurğulayıb.

Gürcüstanın neft-qaz, energetika və infrastruktur sektorlarında işin, beynəlxalq enerji təhlükəsizliyi, Xəzər dənizinin - Qara dənizin enerji dəhlizi, nəql, beynəlxalq və yerli neft-qaz şirkətlərinin əməkdaşlıq perspektivlərinin, regional enerji layihələrinin, Azərbaycanın enerji siyasəti və digər məsələlərin müzakirə edildiyi konfrans martın 3-dək davam edəcək.

Gürcüstan Energetika, Təbii Ehtiyatlar və Ətraf Mühit, Regional İnkişaf və İnfrastuktur nazirliklərinin, bu ölkənin Neft və Qaz Korporasiyasının, eləcə də Britaniya-Gürcüstan Ticarət Palatasının təşkil etdiyi beynəlxalq konfransda Azərbaycan, Türkiyə və regionun digər ölkələrindən 150-dən çox qonaq iştirak edir.

Xəbər lenti

Xəbər lenti