...

Bakıda V Xəzər neft-qaz ticarət-nəqliyyat konfransında energetika və nəqliyyat məsələləri müzakirə ediləcək

Energetika Materials 4 Aprel 2011 15:21 (UTC +04:00)
Nəqliyyat infrastrukturunun gələcək inkişafı, enerjidaşıyıcılarla ticarət məsələləri, loqistik problemlər və onların həlləri, Xəzər qazının ixracı, yükboşaltma məntəqələrinin inkişafı, reallaşdırılan və gələcək neft-qaz layihələrinin təhlili 2011-ci il aprelin 18-dən 19-dək Bakıda keçiriləcək V Xəzər neftqaz ticarət-nəqliyyat konfransının mövzusu olacaq.
Bakıda V Xəzər neft-qaz ticarət-nəqliyyat konfransında energetika və nəqliyyat məsələləri müzakirə ediləcək

Azərbaycan, Bakı, 4 aprel /Trend/

Nəqliyyat infrastrukturunun gələcək inkişafı, enerjidaşıyıcılarla ticarət məsələləri, loqistik problemlər və onların həlləri, Xəzər qazının ixracı, yükboşaltma məntəqələrinin inkişafı, reallaşdırılan və gələcək neft-qaz layihələrinin təhlili 2011-ci il aprelin 18-dən 19-dək Bakıda keçiriləcək V Xəzər neftqaz ticarət-nəqliyyat konfransının mövzusu olacaq.

Konfransın təşkilatçısı qismində Britanıyanın "Confidence Energy" şirkəti və Azərbaycan Dövlət Neft Akademiyası çıxış edir.

Konfransın məruzəçiləri arasında nazirlik, dövlət və özəl şirkətlərin nümayəndələri - neft və nəqliyyat sahələrinin aparıcı oyunçuları var. Konfransı Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevin salamlama müraciəti və "Xəzər regionunun dünya enerji bazarı üçün əhəmiyyəti. Enerji potensialı və ixrac imkanları" mövuzusunda məruzəsi ilə başlayacağı gözlənilir.

Əsas məruzəçilər qismində Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Əsgərov, Qazaxıstanın nəqliyyat və kommunikasiya nazirinin müavini Dulat Kuterbekov, Gürcüstanın energetika naziri Aleksandr Xetaquri, Çexiyanın keçmiş Baş naziri Mirek Topolanek, ARDNŞ prezidentinin birinci müavini Xoşbəxt Yusifzadə, "Nabucco Pipeline" şirkətinin baş direktoru Reynhard Mitçek, "QazMunayQaz"ın neft nəqli üzrə idarəedici direktoru Nurtas Şmanov, Türkmənistan EMEX-in direktoru Murat Setnepesov, Asiya İnkişaf Bankının nümayəndəsi Stiven Vermert və digərləri çıxış edəcək.

Konfransın proqramı haqqında ətraflı məlumatı aşağıdakı koordinatlara müraciət etməklə əldə etmək olar:

Əlaqə: Yekaterina Poluyanova

Tel: +44 (0) 208 349 19 99, faks + 44 (0) 208 349 29 99

[email protected] , www.caspianoiltrading.com

Qeydiyyatın ən gec müddəti - 11 aprel 2011.

http://www.caspianoiltrading.com/ru/registration saytında indi qeydiyyatdan keçmək olar.

Xəbər lenti

Xəbər lenti