...

Azərbaycan öz qazını Avropa bazarlarında satacaq

Energetika Materials 6 Aprel 2011 14:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir E.İsmayılov/

Azərbaycanın artmaqda olan qaz potensialı ölkəyə bir neçə onilliklər ərzində iri ixrac tədarüklərini həyata keçirməyə imkan verəcək. Bu barədə çərşənbə günü ARDNŞ rəhbəri Rövnəq Abdullayev deyib.

Abdullayevin sözlərinə görə, ARDNŞ Azərbaycan qazının Türkiyə ərazisi vasitəsilə Avropa bazarlarında satılması barədə qərar qəbul edib.

Onun bildirdiyinə görə, "Ümid" yatağının, eləcə də perspektivli "Babək" strukturunun qaz ehtiyatları ölkənin qaz potensialını artırır. İlin sonunadək Xəzərin Azərbaycan sektorunda perspektivli "Abşeron" stukturunda kəşfiyyat qazması başa çatmalıdır.

Abdullayevin sözlərinə görə, hazırda ARDNŞ müxtəlif şirkətlərlə "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi üzrə qaz satışı ilə bağlı danışıqlar aparır.

"Yatağın ikinci mərhələsi çərçivəsində hasil ediləcək qazın həcmindən 6 milyardı Türkiyə, 10 milyardı isə Avropa üçün nəzərdə tutulub", - Abdullayev qeyd edib.

"Şahdəniz" yatağı üzrə müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Müqavilə iştirakçıları bunlardır: bp (operator) - 25,5%, Statoil - 25,5%, NICO - 10%, Total - 10%, LukAgip - 10%, TPAO - 9%, ARDNŞ - 10%.

Xəbər lenti

Xəbər lenti