...

ARDNŞ-nin "Azneft" İB-nin yeni rəhbəri təyin edilib

Energetika Materials 7 Aprel 2011 15:07 (UTC +04:00)
ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azneft" İstehsalat Birliyinin yeni rəhbəri təyin edilib. Trend-in məlumatına görə, bu barədə şirkətin məlumatında deyilir.
ARDNŞ-nin "Azneft" İB-nin yeni rəhbəri təyin edilib

Azərbaycan, Bakı, 7 aprel /Trend/

ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azneft" İstehsalat Birliyinin yeni rəhbəri təyin edilib. Trend-in məlumatına görə, bu barədə şirkətin məlumatında deyilir.

Öz ərizəsinə əsasən tutduğu vəzifədən azad olunan Səbuhi Əhmədovun yerinə Daşqın İsgəndərov təyin edilib.

Bu gün "Azneft" rəhbərini ARDNŞ rəhbəri Rövnəq Abdullayev kollektivə təqdim edib.

Daşqın İsgəndərov 1991-ci ildə "28 may" NQÇİ-də əmək fəaliyyətinə başlayıb, 1999-cu ilədək orada operator, mühəndis, Neftin və qazın ilkin hazırlanması və nəqli sexinin rəisi, 1999-2007-ci illərdə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətində texnik, istehsalat üzrə supervayzer işləyib. 2007-2010-cu illərdə o, "28 may" NQÇİ rəisinin I müavini, daha sonra isə rəisi vəzifəsinə irəli çəkilib. 2010-cu ildən Daşqın İsgəndərov "Azneft" İB-də baş direktorun birinci müavini vəzifəsində çalışıb.

Xəbər lenti

Xəbər lenti