...

İranın neft hasilatı sutkada 0,1 milyon barel azalıb

Energetika Materials 14 Aprel 2011 13:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir D.Xatınoğlu/

2011-cu ilin birinci rübündə İranın neft hasilatı keçən ilin analoji dövrü ilə müqayisədə sutkada 100 min barel azalıb və 3.7 miliyon barelə çatdırıb. ABŞ Energetika Departamentinin Enerji İnformasiya Administrasiyasının aprelin 12-də yaydığı aylıq statistikasına əsasən, İranın neft iatehsalatınnda azalma 2010-cu ilin ikinci yarısından başlanıb.

Aprelin 13-də İran Parlamentinin Enerji Komissiyasının rəhbəri Həmidrza Katuziyan Parlamentin rəsmi mətbu orqanına müsahibəsində bildirib ki, keçən illə müqayisədə, İranda sutkada 72 min barel az neft hasil olunur və müvafiq tədbirlər həyata keçirilməsə, İranda neft istehsalı sutkada 100 min barel azalacaq.

İranın nüvə proqramını dayandırması üçün BMT Təhlükəsizlik Şurası indiyədək bu ölkəyə qarşı dörd iqtisadi sanksiya tətbiq edib. Dünyanın böyük enerji şirkətləri, o cümlədən "Total", "Repsol", BP və "Shell" İranla bağladığı müqavilələri ləğv edib.

ABŞ İranda ildə 20 milyon dollardan artıq sərmayə yatıran şirkətlərə sanksiya tətbiq edəcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti