...

Göyçay, Ucar və Zərdab rayonlarının qazla təchizatında fasilələr olacaq

Energetika Materials 4 İyul 2011 18:38 (UTC +04:00)
Təmir işləri aparılan müddətdə Göyçay, Ucar və Zərdab rayonlarına mavi yanacağın verilişində fasilələr yaranacaq.
Göyçay, Ucar və Zərdab rayonlarının qazla təchizatında fasilələr olacaq

Azərbaycan, Bakı, 4 iyul /Trend/

Cari təmir işləri ilə əlaqədar olaraq iyulun 5-də saat 09:00-dan 18:00-dək 1220 mm-lik "Qazıməmməd-Qazax" qaz kəmərində təbii qazın təchizatı dayandırılacaq.

Trend-in ARDNŞ-yə istinadən yaydığı məlumata görə, təmir işləri aparılan müddətdə Göyçay, Ucar və Zərdab rayonlarına mavi yanacağın verilişində fasilələr yaranacaq.

Xəbər lenti

Xəbər lenti