...

ARDNŞ Türkiyənin enerji tənzimləyicisindən "SOCAR&Turcas"da payın artırılması üzrə sövdələşməyə icazə gözləyir

Energetika Materials 5 İyul 2011 16:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir A.Axundov/

ARDNŞ Türkiyənin enerji bazarının tənzimləyicisi dövlət orqanından (EPDK) "SOCAR&Turcas" birgə müəssisəsində payın 51 faizdən 75 faizədək artırılması ilə bağlı sövdələşmənin həyata keçirilməsi üçün icazənin alınmasını gözləyir. Bu barədə çərşənbə axşamı "Petkim"dən deyiblər.

ARDNŞ və "Aksoy Holding" arasında müvafiq razılaşma artıq əldə olunub.

"Sövdələşmə EPDK-dan icazə alındıqdan sonra həyata keçiriləcək", - şirkətdən bildiriblər.

Əməliyyat "SOCAR&Turcas Enerji" şirkətinin daxilində nəzarətin dəyişməsinə səbəb olmayacaq, - Petkim-dən bildiriblər.

"SOCAR&Turcas" birgə müəssisəsində pay bölgüsü:

Şirkətlərin adı

İnvestisiyanın həcmi (TL)

Pay (%-lə)

Sövdələşməyə qədər

SOCAR

102.000.000

%51,00

TURCAS PETROL A.Ş.

50.000.000

%25,00

AKSOY HOLDING A.Ş.

47.960.000

%23,98

ERDAL AKSOY

20.000

% 0,01

SAFFET BATU AKSOY

20.000

% 0,01

Sövdələşmədən sonra

SOCAR

149.959.999

%74,97

TURCAS PETROL A.Ş.

50.000.000

%25,00

AKSOY HOLDING A.Ş.

1

%0,0000005

ERDAL AKSOY

20.000

% 0,01

SAFFET BATU AKSOY

20.000

% 0,01

2008-ci ildə "SOCAR/Turcas Petrol/Injaz Projects" şirkətlər alyansı Türkiyənin "Petkim" neft-kimya holdinqində 51 faizlik səhm paketinin alınması üçün elan edilən tenderin qalibi olub. Buna görə alyansa 2,04 milyard dollar təklif edilib. Hazırda Türkiyə zəruri kimya məhsullarının 70-75 faizini idxal edir. "SOCAR/Turcas/Injaz"ın "Petkim"in inkişafına yatıracağı sərmayələr məhsul idxalını 30 faizədək azaltmağa imkan verəcək.

"Petkim Petrokimya Holdinq" plastik qablaşdırmalar, parçalar, PVC, yuyucu vasitələr istehsal edir və Türkiyədə bu məhsulların yeganə istehsalçısıdır. Şirkət məhsullarının ¼-ni ixrac edir.

Xəbər lenti

Xəbər lenti