...

İlin I yarısında ARDNŞ 3,5 milyon tondan çox neft hasil edib

Energetika Materials 13 İyul 2011 19:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 iyul /Trend/

İlin birinci yarısında ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) neftqazçıxarma idarələri ölkənin ofşor və onşor yataqlarında 26,3 milyon barelə yaxın (3,57 milyon tondan çox) neft hasil ediblər ki, bu göstərici ötən ilin analoji dövründə 26,7 milyon barel (3,63 milyon tondan çox) olub. Bu barədə çərşənbə günü Trend-ə ARDNŞ-dən məlumat verilib.

2010-cu ildə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) neftqazçıxarma idarələri ölkənin ofşor və onşor yataqlarında 53,36 milyon barelə yaxın neft (7,28 milyon ton) hasil ediblər. Bu göstərici 2009-cu ildə 53,52 milyon barel (7,3 milyon ton) təşkil edib.

İlin birinci yarısında ARDNŞ-nin xarici şirkətlərlə birgə layihələrinin payına 6 milyon bareldən çox neft düşüb. Bunun 1,64 milyon bareli əməliyyat şirkətlərinin, 7,2 milyon barelə yaxını "Azəri-Çıraq-Günəşli" layihəsinin, 467 min bareli isə "Şahdəniz" yatağında qaz-kondensatın payına düşür.

İlin birinci yarısında ARDNŞ 3,63 milyard kubmetrə yaxın qaz alıb. Ötən ilin analoji dövrü üçün bu göstərici 3,87 milyard kubmetrdən çox olub. Həmin dövrdə ARDNŞ-nin neftqazçıxarma idarələri 3,4 milyard kubmetr qaz hasil ediblər. Quruda qaz hasil edən birgə müəssisələr və əməliyyat şirkətləri yanvar-iyun aylarında ARDNŞ-yə 106,3 milyon kubmetr qaz veriblər.

2010-cu ildə ARDNŞ 2009-cu ildəki 7,33 milyard kubmetrə qarşı 7,6 milyard kubmetrə yaxın qaz alıb.

Bu ilin yanvar-iyun aylarında Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) tərəfindən "Azəri-Çıraq-Günəşli" yatağında ARDNŞ üçün 1,93 milyard kubmetrə yaxın səmt qazı hasil edilib. Ötən ilin analoji dövründə bu göstərici 1,7 milyard kubmetrə yaxın təşkil edib.

Azərbaycanda 55 neft-qaz yatağı var. Onlardan 18-i dənizdə, qalanı quruda yerləşir.

Xəbər lenti

Xəbər lenti