...

I rübdə Azərbaycan "Şahdəniz" yatağından 0,8 milyard kubmetrə yaxın qaz əldə edib

Energetika Materials 13 İyul 2011 19:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 iyul /Trend/

Yanvar-iyunda Azərbaycan "Şahdəniz" qaz-kondensat yatağından 781,4 milyon kubmetr qaz əldə edib. Bu göstərici ötən ilin yanvar-iyun aylarında bir milyard kubmetr olub. Bu barədə çərşənbə günü Trend-ə ARDNŞ-dən məlumat verilib.

Yanvar-iyunda alınan qazın ümumi həcmindən 239,3 milyon kubmetr ARDNŞ-nin "Şahdəniz" layihəsində iştirak payına düşür, qalan hissə - 542,1 milyon kubmetr qaz isə ARDNŞ tərəfindən alınıb.

2010-cu ildə Azərbaycan "Şahdəniz" qaz-kondensat yatağından 2,2 milyard kubmetrə yaxın qaz alıb. Bu göstərici 2009-cu ildə 1,3 milyard kubmetr olub. 2010-cu ildə alınan qazın ümumi həcmindən 557,4 milyon kubmetr ARDNŞ-nin "Şahdəniz" layihəsində iştirak payına düşür, qalan hissə - 1,6 milyard kubmetrdən çox qaz isə ARDNŞ tərəfindən alınıb.

"Şahdəniz" yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində hasilatın ən yüksək həddi 8,6-9 milyard kubmetr səviyyəsində proqnozlaşdırılır. Proqnozlara görə, yatağın işlənməsinin ikinci mərhələsi çərçivəsində qaz hasilatı həcmini ildə 25 milyard kubmetrədək çatdırmaq mümkün olacaq.

"Şahdəniz" yatağının ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində qiymətləndirilir.

"Şahdəniz" yatağı üzrə müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Müqavilə iştirakçıları bunlardır: BP (operator) - 25,5%, "Statoil" - 25,5%, NICO - 10%, "Total" - 10%, "LukAgip" - 10%, TPAO - 9%, ARDNŞ - 10%.

Xəbər lenti

Xəbər lenti