...

Yanvar-iyunda ARDNŞ qaz ixracını xeyli artırıb

Energetika Materials 14 İyul 2011 12:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 iyul /Trend/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) ixrac qaz sazişlərinin reallaşdırılması çərçivəsində yanvar-iyun aylarında müxtəlif bazarlara 1,7 milyard kubmetr qaz tədarük edib. Ötən ilin analoji dövründə bu göstərici 925,3 milyon kubmetr təşkil edib. Bu barədə ARDNŞ-nin məlumatında deyilir.

İyunda ixrac müqavilələri çərçivəsində 150,3 milyon kubmetr qaz tədarük edilib ki, bu da ötən ilin iyununda 131,5 milyon kubmetr təşkil edib.

Bu gün ARDNŞ müqavilələr çərçivəsində Rusiya və Gürcüstana öz qazını ixrac edir.

Həmçinin, yarım il ərzində Naxçıvan Muxtar Respublikasını qazla təmin etmək üçün İranla "swap-müqavilə" çərçivəsində 156,4 milyon kubmetr qaz tədarük edilib ki, bu göstərici ötən ilin yanvar-iyununda 45,6 milyon kubmetr olub.

İyunda bu göstərici ötən ilin iyunundakı 7,1 milyon kubmetrə nisbətdə 14,7 milyon kubmetr təşkil edib.

Xəbər lenti

Xəbər lenti