...

Azərbaycan neftinin qiymətləri iyulun 13-də artıb

Energetika Materials 14 İyul 2011 11:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir E.İsmayılov/

CIF liman Augusta şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 13-də 122,24 dollar/barel təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) cümə axşamı verilən məlumata görə, çərşənbə günü neftin qiymətləri çərşənbə axşamına nisbətən 2,01 dollar/barel artıb.

"Azeri Light" neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryolla Gürcüstanın Batumi limanlarına çatdırılır.

ARDNŞ-dən bildiriblər ki, FOB Türkiyənin Ceyhan limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 13-də 121,41 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2 dollar/barel çoxdur.

Azərbaycan neftin URALS növünü də Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyulun 13-də 116,51 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,92 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti iyulun 13-də 119,71 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,97 dollar/barel çoxdur.

Xəbər lenti

Xəbər lenti