...

Azərbaycan Türkiyə ilə qaz tranziti sazişi üzrə danışıqları fəallaşdıracaq

Energetika Materials 15 İyul 2011 12:43 (UTC +04:00)
İyulun sonuna ARDNŞ və Türkiyənin Dövlət Boru Kəməri Şirkəti "BOTAŞ" Azərbaycan qazının Türkiyə ilə nəqli üçün tranzit sazişi üzrə danışıqları bərpa edəcəklər.
Azərbaycan Türkiyə ilə qaz tranziti sazişi üzrə danışıqları fəallaşdıracaq

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir E.İsmayılov/

İyulun sonuna ARDNŞ və Türkiyənin Dövlət Boru Kəməri Şirkəti "BOTAŞ" Azərbaycan qazının Türkiyə ilə nəqli üçün tranzit sazişi üzrə danışıqları bərpa edəcəklər. Trend-in məlumatına görə, bu barədə cümə günü ARDNŞ prezidenti Rövnəq Abdullayev deyib.

Onun sözlərinə görə, əvvəllər danışıqlar prosesi bir qədər zəifləmişdi, lakin artıq iyulun sonuna yekun nəticəyə nail olmaq üçün aktiv danışıqlar və görüşlər bərpa ediləcək.

Abdullayev onu da qeyd edib ki, ARDNŞ "Şahdəniz" yatağının işlənməsi üzrə xarici tərəfdaşlarla birgə Cənubi Qafqaz qaz kəmərinin Azərbaycandan keçən hissəsinin genişləndirilməsi və ya boru kəmərinin yeni qolunun tikilməsi imkanlarını nəzərdən keçirir.

Bundan başqa, Azərbaycan qazının Avropaya tədarükündə maraqlı olan boru kəməri konsorsiumlarının nümayəndələri ilə də danışıqlar davam edir.

Türkiyə ilə tranzit sazişinin bağlanması Azərbaycan qazının, xüsusilə də "Şahdəniz" yatağından olan qazın Avropaya nəqli üçün lazımdır. Hazırda ARDNŞ Azərbaycan qazının potensial alıcıları və nəql edənlərlə danışıqlar aparır. Lakin müqavilələrin bağlanması kimi, "Şahdəniz"in işlənməsinin ikinci mərhələsinin başlanmasının həyata keçirilməsi üçün sankisyanı da yalnız Türkiyə ilə tranzit sazişi bağlandıqdan sonra gözləmək olar.

Xəbər lenti

Xəbər lenti