...

"Bakıelektrikşəbəkə" "Azərenerji" SC-dən elektrik enerjisinin alışını artırıb

Energetika Materials 18 İyul 2011 14:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir E.İsmayılov/

Yanvar-iyunda "Bakıelektrikşəbəkə" ASC (Bakıda elektrik enerjisinin satışı və paylanması) "Azərenerji" ASC-dən (Azərbaycan regionlarında elektrik enerjisinin istehsalı və paylanması) 4,1 milyard kilovat-saatdan çox elektrik enerjisi alıb. Bu göstərici yanvar-mayda 3,57 milyard kilovat-saatdan çox olub. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Bakıelektrikşəbəkə"nin məlumatında deyilir.

2010-cu ildə "Bakıelektrikşəbəkə" ASC 7,92 milyard kilovat-saata yaxın elektrik enerjisi alıb. Bu göstərici 2009-cu ildə 8,1 milyard kilovat-saata yaxın olub.

Məlumata əsasən, iyunda ASC 536,7 milyon kilovat-saat elektrik enerjisi alıb. Bu göstərici may ayında 549 milyon kilovat-saat olub.

"Azərenerji" ASC-dən alınan elektrik enerjisinə görə yanvar-iyunda "Bakıelekrikşəbəkə"nin ödənişlərinin həcmi 91,3 faiz təşkil edib. Bu göstərici yanvar-mayda 89,08 faiz olub. İyunda bu göstərici may ayındakı 100,4 faizə nisbətdə 102,3 faiz olub.

Xəbər lenti

Xəbər lenti