...

Azərbaycan Dövlət Neft Fondunun aktivlərinin 40 faizdən çoxu Avroda cəmlənib

Energetika Materials 25 İyul 2011 14:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir E.İsmayılov/

İlin birinci yarısının yekunlarına görə, Azərbaycan Respublikası Dövlət Neft Fondunun investisiya portfelinin ümumi həcmi 30 milyard 348,24 milyon dollar təşkil edib. Bu, aktivlərin ümumi həcminin 99,97 faizini təşkil edir. Trend-in məlumatına görə, bu barədə ARDNF-nin bazar ertəsi yaydığı məlumatda deyilir.

İnvestisiya portfelinin 54,52 faizi dollarda (16 milyard 544,56 milyon dollar), 40,5 faizi avroda (8 milyard 471,43 milyon avro) və 4,98 faizi Britaniya funt sterlinqində (939,21 milyon funt sterlinq) cəmlənib.

İyulun 1-nə olan vəziyyətə görə, ARDNF-nin aktivləri ilin əvvəli ilə müqayisədə 33,3 faiz artaraq (22 milyard 766,8 milyon dollar) 30 milyard 357,5 milyon dollar təşkil edib.

ARDNF 1999-cu ildə yaradılıb.

Xəbər lenti

Xəbər lenti