...

Azərbaycanda havanın yüksək hərarəti səbəbindən təhlükəsizlik üzrə tədbirlər həyata keçirilir

Energetika Materials 27 İyul 2011 15:21 (UTC +04:00)
ARDNŞ son günlər Azərbaycanda müşahidə edilən havanın yüksək hərarəti ilə əlaqədar olaraq işçi personalın və infrastruktur obyektlərinin təhlükəsizliyinin artırılması üzrə bütün lazımi tədbirləri görür.
Azərbaycanda havanın yüksək hərarəti səbəbindən təhlükəsizlik üzrə tədbirlər həyata keçirilir

Azərbaycan, Bakı, 27 iyul /Trend/

ARDNŞ son günlər Azərbaycanda müşahidə edilən havanın yüksək hərarəti ilə əlaqədar olaraq işçi personalın və infrastruktur obyektlərinin təhlükəsizliyinin artırılması üzrə bütün lazımi tədbirləri görür. Bu barədə çərşənbə günü Trend-ə ARDNŞ-dən deyiblər.

İşlər ARDNŞ-nin bütün neft emalı müəssisələrində, qaz emalı zavodunda və boru kəmərlərində aparılır.

"Azərbaycan Dəmir Yolları" QSC-dən bildirdiklərinə görə, QSC əməkdaşları dəmiryolun daimi yoxlanışını həyata keçirirlər. Belə ki, isti havada dəmiryolun genişlənməsi baş verir.

Bundan başqa, bütün sərnişin vaqonlarında kondisioner sisteminin yoxlanışı həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti