...

ARDNŞ Türkiyəyə neft məhsullarının ixracını sahmana salıb

Energetika Materials 6 Sentyabr 2011 15:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir E.İsmayılov/

ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azərikimya" İstehsalat Birliyinin ixrac etdiyi məhsulların 50 faizindən çoxu Türkiyə bazarının payına düşür. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı İB-nin rəhbəri Muxtar Babayev bildirib.

Onun sözlərinə görə, İB Türkiyəyə polietilen, propilen, izopropil spirti, polietillər, propligenqlikol və kimya məhsullarının digər növlərini ixrac edir.

"Biz artıq Türkiyəyə məhsul ixracını sahmana salmışıq. Bəzi məhsullar bilavasitə hazır şəkildə satılır, bəziləri isə "Petkim" neft-kimya kompleksində emal olunur və alıcılar üçün daha cəlbedici formada satılır", - Babayev deyib.

Bir müddət əvvəl Babayevin dediyi kimi, 2011-ci ildə ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyi öz müəssisələrində 216,4 min tona yaxın kimya məhsulları istehsal etməyi planlaşdırır. İlin birinci yarısında İB-nin müəssisələri tərəfindən 137,06 min ton məhsul istehsal edilib. Bunun 120 min tonu ixrac edilib.

Azərbaycan Prezidentinin 2 aprel 2010-ci il tarixli "Neft-kimya sənayesində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi haqqında" sərəncamı ilə "Azərikimya" Dövlət Şirkəti ARDNŞ-nin tərkibinə verilib. Hazırda "Azərikimya" ARDNŞ-nin təkibində İstehsalat Birliyi kimi fəaliyyət göstərir.

İB-nin strukturu belədir: "Etilen-propilen", "Səthi aktiv maddələr", "Orqanik sintez", "Mexaniki təmir" zavodları, "Kimyaelmitədqiqatlayihə" İnstitutu, Təmir-tikinti idarəsi, Nəqliyyat və xüsusi texnika idarəsi, anbar təsərrüfatı.

Xəbər lenti

Xəbər lenti