...

ARDNŞ "Ümid" yatağında kəşfiyyat quyusunun qazılması işlərini davam etdirir

Energetika Materials 9 Sentyabr 2011 14:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir E.İsmayılov/

"Ümid" yatağındakı ikinci kəşfiyyat quyusunun qazılması üzrə işlər davam edir. Bu barədə Trend-ə cümə günü yatağın işlənməsini müstəqil həyata keçirən ARDNŞ-dəki mənbə bildirib.

Onun sözlərinə görə, hazırda quyunun dərinliyi 2337 metrdir.

Mənbə bildirib ki, bu işlərin tamamlanması ilin sonuna planlaşdırılıb.

Bir müddət əvvəl ARDNŞ prezidenti Rövnəq Abdullayevin dediyi kimi, ikinci kəşfiyyat quyusunun qazılması yatağı konturlaşdırmaq üçün zəruridir.

İkinci quyunun qazılması zamanı birinci quyunun qazılması prosesində aşkar edilən yatağın bütün xüsusiyyətləri nəzərə alınacaq.

ARDNŞ mütəxəssislərinin qiymətləndirmələrinə görə, yataqda ehtiyatların həcmi 250 milyard kubmetr qaz və 40 milyon ton qaz-kondensat təşkil edir.

Xəzərin Azərbaycan sektorundakı "Ümid" yatağı Bakının 75 kilometrliyində, qurudan 40 kilometr uzaqlıqda yerləşir. Burada 1953-cü ildə ilk dəfə geofiziki işlər aparılıb. Bu işlər 1972-ci ildə daha təkmilləşdirilmiş şəkildə yenidən həyata keçirilib. Daha sonralar, 1977-ci ildən 1992-ci ilədək doqquz quyu qazılsa da, onlardan heç biri nəticə verməyib.

Xəbər lenti

Xəbər lenti