...

Azərbaycanın Avropanın qaz bazarında aparıcı mövqeyə namizədlik haqqı var - ekspert

Energetika Materials 12 Sentyabr 2011 18:34 (UTC +04:00)

Qazaxıstan, Astana, 12 sentyabr /Trend, müxbir A.Maratov/

"Abşeron" blokunda iri qaz ehtiyatları kəşf olunmaması vəziyyətində belə, Azərbaycanın Avropanın qaz bazarında aparıcı mövqeyə iddia etmək haqqı var. Bu barədə Trend-ə rusiyalı ekspert, "Neft i qaz Rossii" jurnalının redaktor müavini İqor İvaxnenko deyib.

"Abşeron" blokunda iri qaz yatağının kəşfinə toxunan İvaxnenko bildirib ki, Azərbaycanın qaz ehtiyatları hazırda kifayət qədər böyükdür və ölkənin Avropa qaz bazarında aparıcı mövqeyə iddia etmək haqqı var.

"Layihənin əvvəlki operatoru ABŞ-ın "Chevron" şirkəti də karbohidrogen əlamətləri əldə etmişdi, amma bu dərin yatağın istismarından imtina etdi, çünki istismarın səmərəliliyi onun gəlirliyini təmin etmirdi. Əgər "Total" "Chevron"un nə vaxtsa əldə etdiyi debitlərdən daha çox əldə edibsə və "Abşeron"un istismarına daha perspektiv yanaşma tapıbsa, o zaman bu ona çox kömək edəcək", - rusiyalı ekspert deyib.

Buna baxmayaraq, İvaxnenko bildirib ki, "Bakının Qədim dünyaya "qaz atılımı" üçün həlledici əhəmiyyəti "Şahdəniz"in istismarının II mərhələsi daşıyır, çünki digər bütün Azərbaycan layihələrinin ixrac imkanları ancaq köməkçi əhəmiyyət daşıyır."

"Abşeron" blokunun iştirakçıları: ARDNŞ - 40 faiz, Fransanın Total şirkəti - 40 faiz və Gaz De France Suez - 20 faiz.

"Abşeron" strukturu üzrə müqavilə 2009-cu ilin 27 fevralında ARDNŞ və Total arasında imzalanıb. Daha sonra Total müqavilədə iştirak payının 20 faizini "Gaz De France Suez" şirkətinə verib.

"Abşeron" bloku Bakıdan 100 km uzaqda 500 metr dərinlikdə yerləşir.

Xəbər lenti

Xəbər lenti