...

ARDNŞ əhaliyə qaz tədarükünü 3 faiz artırıb

Energetika Materials 13 Sentyabr 2011 17:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir E.İsmayılov/

Yanvar-avqustda ARDNŞ Azərbaycan əhalisinə 1,26 milyard kubmetrdən çox qaz verib. Bu göstərici ötən ilin müvafiq dövründə 1,23 milyon kubmetr olub. Trend-in məlumatına görə, bu barədə ARDNŞ-nin məlumatında deyilir.

Avqustda sakinlərə 56,3 milyon kubmetr qaz verilib ki, ötən ilin müvafiq dövründə bu göstərici 63,3 milyon kubmetr olub.

2010-cu ildə ARDNŞ sakinlərə təxminən 1,7 milyard kubmetr qaz verib.

Yanvar-avqustda şirkət sənaye müəssisələrinə 750,1 milyon kubmetr qaz verib. Bu göstərici ötən ilin eyni dövründə 607,6 milyon kubmetr olub.

Keçən il həmin müəssisələrə 956,7 milyon kubmetr qaz verilib.

Kommunal büdcə müəssisələrinə ilin 8 ayı ərzində 150,5 milyon kubmetr qaz göndərilib. Ötən ilin müvafiq dövründə bu göstərici 157,5 milyon kubmetr olub. Bu müəssisələrə keçən il 208,2 milyon kubmetr qaz verilib.

Həmçinin 8 ay ərzində "Naxçıvanqaz" İB-yə 195 milyon kubmetr qaz verilib.

Xəbər lenti

Xəbər lenti