...

Türkiyə Aralıq dənizində karbohidrogen kəşfiyyatına başlayıb

Energetika Materials 26 Sentyabr 2011 16:32 (UTC +04:00)
Türkiyə tədqiqat gəmisi "Piri Reis" Şimali Kipr Türk Respublikası şelfindəki təyinat yerinə çatıb.
Türkiyə Aralıq dənizində karbohidrogen kəşfiyyatına başlayıb

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Ötən həftənin cümə günü karbohidrogen kəşfiyyatı aparmaq üçün Kipr sahillərinə doğru səfərə çıxan Türkiyə tədqiqat gəmisi "Piri Reis" Şimali Kipr Türk Respublikası (ŞKTR) şelfindəki təyinat yerinə çatıb. Gəmi kəşfiyyat işlərinə başlayıb. Trend-in məlumatına görə, xəbəri bazar ertəsi "Anadolu" agentliyi yayıb.

Nikosiyanın yunan və türk tərəflərinə ayrılmış adanın sahillərindəki şelfin işlənməsi üzrə fəaliyyətə başlamasından sonra Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bəyanat verib ki, Ankara ŞKTR ilə birlikdə bir həftə ərzində Şimali Kiprin "müstəsna iqtisadi zonasında" neft və qaz kəşfiyyatına başlayacaq.

Ötən çərşənbə günü Türkiyə hökuməti və ŞKTR prezidenti Dərviş Eroğlu Nyu Yorkda neft və qaz kəşfiyyatı və hasilatı işləri aparmaq üçün şelfin sərhədi haqqında saziş imzalayıblar. İmzalama mərasimindən sonra Ərdoğan Kipr Respublikası (yunan tərəfi) ilə şelfin işlənməsində əməkdaşlıq edən şirkətlərə qarşı sanksiya tətbiq olunacağı barədə xəbərdarlıq edib.

Xəbər lenti

Xəbər lenti