...

Azərbaycan qazının Avropaya çıxarılması üçün yeni marşrut nəzərdən keçiriləcək

Energetika Materials 27 Sentyabr 2011 11:12 (UTC +04:00)
ВР şirkəti qazın nəqli üzrə "Cənub qaz dəhlizi" marşrutları ilə yanaşı, cənub-şəqri Avropaya Azərbaycanın "Şahdəniz" yatağından qaz nəqlinin yeni istiqamətlərinə də baxmaq niyyətindədir.
Azərbaycan qazının Avropaya çıxarılması üçün yeni marşrut nəzərdən keçiriləcək

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir E.İsmayılov/

ВР şirkəti qazın nəqli üzrə "Cənub qaz dəhlizi" marşrutları ilə yanaşı, cənub-şəqri Avropaya Azərbaycanın "Şahdəniz" yatağından qaz nəqlinin yeni istiqamətlərinə də baxmaq niyyətindədir. Bu barədə Trend-ə çərşənbə axşamı şirkətdən məlumat verilib. Bu boru kəməri marşrutunun texniki göstəriciləri hələlik açıqlanmır.

Oktyabrın 1-dək "Şahdəniz" yatağından qaz nəqli layihələrinin iştirakçıları öz təkliflərini təqdim etməlidirlər. "Nabukko", ITGI və Transadriatik qaz kəməri kimi üç əsas layihə sırasında yeni marşrut üzrə BP-nin təklif etdiyi qaz nəqli marşrutuna da baxılacağı ehtimal olunur.

Bu yatağın işlənməsi üzrə konsorsium 2011-ci il oktyabrın 1-dək TAP-ın da aralarında olduğu müxtəlif boru kəməri layihələrindən konkret təkliflər gözləyir. Həmin təkliflər əsasında ilin sonunadək qaz nəqli marşrutu üzrə seçim ediləcək.

"Cənub qaz dəhlizi" Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biridir. "Cənub dəhlizi" layihəsinə aiddir: "Nabukko" qaz kəməri, Transadriatik qaz kəməri (TAP), "Ağ axın", ITGI (Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri).

Xəbər lenti

Xəbər lenti