...

Azərbaycanın şimal-qərb rayonlarında qaz təchizatında məhdudiyyətlər olacaq

Energetika Materials 29 Sentyabr 2011 18:22 (UTC +04:00)
Sentyabr 30-da saat 08:00-dan 18:00-dək "Yevlax-Balakən" magistral qaz kəmərində qaz təchizatı dayandırılacaq.
Azərbaycanın şimal-qərb rayonlarında qaz təchizatında məhdudiyyətlər olacaq

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir E.İsmayılov/

Yeni çəkilmiş qaz kəmərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi işləri ilə əlaqədar olaraq, sentyabr 30-da saat 08:00-dan 18:00-dək "Yevlax-Balakən" magistral qaz kəmərində qaz təchizatı dayandırılacaq.

Trend-in cümə axşamı ARDNŞ-yə istinadən yaydığı məlumata görə, həmin müddət ərzində Şəki, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarına təbii qazın verilişində fasilələr yaranacaq.

Xəbər lenti

Xəbər lenti