...

Azərbaycan və İran birgə su elektrik stansiyasının tikilməsi sahəsində razılığa gəlib

Energetika Materials 1 Dekabr 2011 12:42 (UTC +04:00)
İranın energetika nazirinin müavini Məhəmmədrza Əttarzadə ötən gün Tehranda Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfovla görüşüb.
Azərbaycan və İran birgə su elektrik stansiyasının tikilməsi sahəsində razılığa gəlib

Azərbaycan, Bakı, 1 dekabr / Trend müxbir T.Cəfərov/

İranın energetika nazirinin müavini Məhəmmədrza Əttarzadə ötən gün Tehranda Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfovla görüşüb. Görüşdə iki ölkə arasında su elektrik stansiyalarının tikilməsi sahəsində əməkdaşlığın genişləndirilməsinin zəruriliyindən danışılıb. Bu barədə Trend İran Nazirlər Kabinetinin rəsmi saytı dolat.ir-ə istinadən məlumat verir.

Məlumata əsasən, görüşdə Xələfov Azərbaycan hökumətinin Xudafərin su bəndinin müştərək tikilməsi və istifadəsi sahəsində İranla əməkdaşlıq müqaviləsi imzalamaqda maraqlı olduğunu bildirib.

Xələfov Araz çayının su və enerji potensialından istifadə sahəsində iki ölkənin əməkdaşlığının qənaətbəxş olduğunu deyib və bildirib ki, Azərbaycan bu sahədə əməkdaşlığı genişləndirməkdə maraqlıdır.

Əttarzadə öz növbəsində, ölkəsinin Azərbaycanla bütün sahələrdə, xüsusilə energetika sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu vurğulayıb.

Xəbər lenti

Xəbər lenti