...

"Palmali" şirkətlər qrupu beşinci tankeri suya buraxıb (FOTO)

Energetika Materials 1 Dekabr 2011 14:30 (UTC +04:00)
2011-ci il noyabrın 29-da "Palmali" Şirkətlər Qrupu Türkiyənin "Beşiktaş" tərsanəsində inşa edilən ümumi yükdaşıma gücü 7000 ton olan yeni RST22M layihəli "Muğan" tankerini suya buraxıb.
"Palmali" şirkətlər qrupu beşinci tankeri suya buraxıb (FOTO)

Azərbaycan, Bakı, 1 dekabr / Trend /

2011-ci il noyabrın 29-da "Palmali" Şirkətlər Qrupu Türkiyənin "Beşiktaş" tərsanəsində inşa edilən ümumi yükdaşıma gücü 7000 ton olan yeni RST22M layihəli "Muğan" tankerini suya buraxıb. Trend-in məlumatına görə, bu barədə şirkətin cümə axşamı yaydığı məlumatda deyilir.

Gəminin təntənəli suya salınması mərasimində başda Marif Mənsimov olmaqla, "Palmali" Şirkətlər Qrupunun nümayəndələri, Beşiktaş Gəmiqayırma zavodunun rəhbərliyi də iştirak edib. Gəminin xaç anası Palmali Şirkətlər Qrupunun vitse-prezidenti Aygün Quliyeva olub. Beləliklə, "Muğan" təntənəli şəkildə dənizə buraxılıb.

"Yeni Armada" tipli gəmiyə Gko Layihə simvol sinfindən əlavə nişanə verilib. Layihələndirmə zamanı Rusiya və dünya neft şirkətlərinin xüsusi tələbləri və Rusiya Dəniz Gəmiçilik Reyestri sinifli əlavə ekoloji məhdudiyyətlər nəzərə alınıb.

"Palmali" Şirkətlər Qrupu Aralıq, Xəzər və Qara dəniz hövzəsində yüklərin daşınması üzrə ixtisaslaşıb. "Palmali" Rusiyanın cənub hissəsindəki çaylarda neft və neft məhsullarının daşınması ilə məşğul olan iri şirkətdir.

Yükdaşımaların həcmini və müxtəlif güclü müasir gəmilərin sayını artıran "Palmali" Şirkətlər Qrupu dənizdə mövqeyini gücləndirməkdə davam edir.

"Palmali" şirkətinin mətbuat xidmətindən verilən məlumata görə, "Palmali" 2011-ci ilin may ayının sonunda RST22M layihəli dördüncü seriyalı "Armada" tipli tankerlərin sifarişini 10-dan 15-ə qədər artırıb. Bütün gəmilərin 2013-cü ilin sonunadək "Besiktaş" tərsanəsində tikilməsi planlaşdırılır.

"Palmali" Şirkətlər Qrupu Aralıq, Xəzər və Qara dəniz hövzəsində yüklərin daşınması üzrə ixtisaslaşıb. "Palmali" Rusiyanın cənub hissəsindəki çaylarda neft və neft məhsullarının daşınması ilə məşğul olan iri şirkətdir.

Xəbər lenti

Xəbər lenti