...

"Azərenerji" beynəlxalq layihə çərçivəsində işləri ilin sonunadək tamamlamağı planlaşdırır

Energetika Materials 5 Dekabr 2011 17:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir E.İsmayılov/

"Azərenerji" ASC ilin sonunadək Azərbaycan, Gürcüstan və Türkiyənin enerji sistemlərinin birləşdirilməsini nəzərdə tutan "Enerji körpüsü" layihəsi çərçivəsində Gürcüstan sərhədinədək ötürücü xəttin yenidən qurulmasını başa çatdırmağı planlaşdırır. Bu barədə Trend-ə bazar ertəsi ASC-nin baş mühəndisi Marlen Əsgərov bildirib.

Onun sözlərinə görə, hazırda bu layihə çərçivəsində Azərbaycan ərazisində işlər davam etdirilir və artıq ilin sonunadək başa çata bilər.

"Öz növbəsində, Gürcüstan tərəfi öz ərazisində bütün işlərin gələn il tamamlanacağını bəyan edir", - Əsgərov qeyd edib.

Bir müddət əvvəl "Azərenerji" ASC-nin rəhbəri Etibar Pirverdiyev bildirb ki, Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü layihəsi çərçivəsində elektrik enerjisinin ixracı 2013-cü ildə nəzərdə tutulur.

"Mövcud layihə çərçivəsində Gürcüstan tərəfi də işə başlayıb. Tbilisidən bildiriblər ki, bu işlər gələn ilin may-iyununda başa çatmalıdır", - ASC rəhbəri bildirib.

Buna baxmayaraq, Pirverdiyevin fikrincə, Gürcüstanda nəzərdə tutulan işlərin həcmi nəzərə alınmaqla işlər gələn ilin sonunda yekunlaşacaq.

Xəbər lenti

Xəbər lenti