...

ARDNŞ Azərbaycanın regionlarında yanacaqdoldurma məntəqələrinin tikintisinə hazırlaşır

Energetika Materials 5 Dekabr 2011 17:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir E.İsmayılov/

"SOCAR Petroleum" şirkəti gələn ildən Azərbaycanın regionlarında ilk dəfə olaraq yanacaqdoldurma məntəqələrinin (YDM) tikintisinə başlayacaq. Bu barədə bazar ertəsi Trend-ə ARDNŞ-dəki mənbə məlumat verib.

Məlumata görə, 2012-ci ildə SOCAR brendi altında yanacaqdoldurma məntəqələrinin sayının 25-26-ya çatdırılması planlaşdırılır. Bununla yanaşı, gələn il ölkənin regionlarında da stansiyaların tikintisinə başlanacaq.

"Gələn il respublika üzrə cəmi 20-yə yaxın YDM-in tikintisi planlaşdırılır ki, bunun da yarısı ölkə regionlarının payına düşür", - ARDNŞ-dən deyiblər.

Perspektivdə Azərbaycanda SOCAR brendi altında yanacaqdoldurma məntəqələrinin sayını 80-100 ədədə çatdırmaq planlaşdırılır.

"SOCAR Petroleum"un səhmdarları ARDNŞ (51 faiz) və ABŞ-ın A.P. International (49 faiz) şirkətidir. "SOCAR Petroleum" 2008-ci il yanvarın 21-də qeydiyyatdan keçib.

Hazırda ARDNŞ Gürcüstanda 70-dən çox yanacaqdoldurma məntəqəsinə sahibdir, Ukraynanın neft məhsullarının pərakəndə satış bazarında işə başlayıb, eləcə də Rumıniyada YDM-lərin açılması üzrə iş aparır.

Xəbər lenti

Xəbər lenti