...

"Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan İnterkonnektor" layihəsinin TİƏ-sinin hazırlanması üçün təkliflər sorğusu elan edilib

Energetika Materials 5 Dekabr 2011 20:36 (UTC +04:00)
AGRI şirkəti "Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan İnterkonnektor" enerji əməkdaşlığı layihəsinin texniki, maliyyə və iqtisadi rentabelliyini dəyərləndirəcək texniki-iqtisadi əsaslandırmanın (TİƏ) hazırlanması üçün təkliflər sorğusu elan edib.
"Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan İnterkonnektor" layihəsinin TİƏ-sinin hazırlanması üçün təkliflər sorğusu elan edilib

Azərbaycan, Bakı, 5 dekabr /Trend/

AGRI şirkəti "Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan İnterkonnektor" enerji əməkdaşlığı layihəsinin texniki, maliyyə və iqtisadi rentabelliyini dəyərləndirəcək texniki-iqtisadi əsaslandırmanın (TİƏ) hazırlanması üçün təkliflər sorğusu elan edib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi ARDNŞ-nin yaydığı məlumatda deyilir.

AGRI layihəsi Xəzər bölgəsində hasil edilən təbii qazın Azərbaycan və Gürcüstan ərazisindən nəql edilərək mayeləşdirilməsini, daha sonra Qara dəniz üzərindən Rumıniya və Macarıstana, potensial olaraq digər Avropa bazarlarına daşınmasını nəzərdə tutur.

Təkliflər sorğusunu elan etməklə, AGRI şirkəti layihənin texniki-iqtisadi əsaslandırma sənədinin hazırlanması üzrə işlər və xidmətlər vasitəsilə, texniki və iqtisadi analizə əsaslanan icra ssenarilərini təyin etmək məqsədilə məsləhətçini seçmək niyyətindədir. Təkliflər sorğusunun məqsədi tender prosesinə uyğun şərtləri və AGRI layihəsi ilə bağlı təkliflərin verilməsi prosedurlarını təyin etməkdir.

AGRI şirkəti texniki-iqtisadi əsaslandırmanı hazırlamaq üçün müvafiq təcrübə və imkanlara malik bütün şirkətləri 19 yanvar 2012-ci il tarixinədək öz təkliflərini təqdim etməyə dəvət edir.

AGRI-nin səhmdarları ARDNŞ, Gürcüstan Neft və Qaz Korporasiyası, Macarıstanın MVM və Rumıniyanın "Romgaz" şirkətləridir. AGRI şirkətinin Direktorlar Şurasının sədri ARDNŞ-nin təmsilçisidir.

Xəbər lenti

Xəbər lenti