...

Azərbaycan Pakistanla neft sahəsində axtarış-kəşfiyyat təcrübəsini bölüşməyə hazırdır

Energetika Materials 6 Dekabr 2011 19:10 (UTC +04:00)
Azərbaycan Pakistana bu ölkənin neft-qaz ehtiyatlarının işlənməsində axtarış-kəşfiyyat işləri sahəsində öz xidmətlərini təklif edib.
Azərbaycan Pakistanla neft sahəsində axtarış-kəşfiyyat təcrübəsini bölüşməyə hazırdır

Azərbaycan, Bakı, 6 dekabr /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Pakistana bu ölkənin neft-qaz ehtiyatlarının işlənməsində axtarış-kəşfiyyat işləri sahəsində öz xidmətlərini təklif edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Bakıda Pakistanın iqtisadi məsələlər və statistika nazirinin birinci müavini Himayətullah Xanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev deyib.

Sənaye və Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri Azər Mənsimli çərşənbə axşamı Trend-ə bildirib ki, Azərbaycan tərəfinin təklifi Pakistan nümayəndə heyətinin üzvlərini çox maraqlandırıb.

Məlumata əsasən, görüş zamanı Azərbaycanın neft-qaz sektorundakı nailiyyətlərindən danışan Əliyev qeyd edib ki, respublika axtarış-kəşfiyyat fəaliyyəti sahəsində böyük təcrübəyə malikdir və bu təcrübəni Pakistanla bölüşməyə hazırdır.

Görüş zamanı tərəflər ikitərəfli əməkdaşlığın genişləndirilməsinin mümkün ola biləcəyi digər sahələri də müzakirə ediblər.

Xəbər lenti

Xəbər lenti