...

Qırğızıstan Azərbaycanla neft-qaz yataqlarının işlənməsi üzrə layihəni təfərrüatı ilə müzakirə etməyə hazırdır

Energetika Materials 5 Mart 2012 13:39 (UTC +04:00)
Qırğızıstan Azərbaycanla neft-qaz yataqlarının işlənməsi üzrə layihəni təfərrüatı ilə müzakirə etməyə hazırdır.
Qırğızıstan Azərbaycanla neft-qaz yataqlarının işlənməsi üzrə layihəni təfərrüatı ilə müzakirə etməyə hazırdır

Azərbaycan, Bakı, 5 mart /Trend/

Qırğızıstan Azərbaycanla neft-qaz yataqlarının işlənməsi üzrə layihəni təfərrüatı ilə müzakirə etməyə hazırdır. Bunu Qırğızıstan hökuməti yanında Geologiya və Mineral Resurlar Dövlət Agentliyinin sədri Uçkunbek Taşbayev ARDNŞ-nin emal üzrə vitse-prezidenti David Məmmədovla görüşdə bildirib. Bu barədə agentliyin mətbuat xidməti məlumat verib.

"Biz Qırğızıstan Respublikasında neft və qazın işlənməsi üzrə layihə çərçivəsində Azərbaycanla əməkdaşlıq perspektivlərini təfərrüatı ilə müzakirə etməyə hazırdır. Hesab edirəm ki, qardaş münasibətlərimiz də iqtisadi əsaslarda qurulmalı və möhkəmlənməlidir. Əsas vəzifələrdən biri də ixrac etmək imkanı ilə neft məhsullarının istehsalı üçün şəraitin yaradılmasıdır" , - Taşbayev bəyan edib və onu da əlavə edib ki, onun rəhbərlik etdiyi qurum maraq doğuran bütün məsələlər üzrə maksimum dərəcədə kömək etməyə hazırdır. Bu barədə bazar ertəsi Trend "KirTAQ"a istinadən məlumat verir.

David Məmmədov məlumat verib ki, şirkət ilkin olaraq, Qırğızıstanın neft məhsullarının istehlakı strukturu ilə tanışdır. O, imkan daxilində respublika üzrə təsdiq edilmiş neft və qaz ehtiyatları üzrə informasiya verməyi xahiş edib.

Agentliyin məlumatına əsasən, Qırğızıstanda 12 yataq mövcuddur, ümumi ehtiyat həcmi 101,5 milyon ton təşkil edir, onlardan 13,4 milyon tonu neftin payına düşür.

Xəbər lenti

Xəbər lenti