...

"SOCAR-Foster Wheeler" birgə müəssisəsinin Direktorlar Şurasının ilk iclası keçirilib

Energetika Materials 5 Mart 2012 18:17 (UTC +04:00)
"SOCAR-Foster Wheeler Mühəndis Xidmətləri" birgə müəssisəsinin Direktorlar Şurasının ilk iclası keçirilib.
"SOCAR-Foster Wheeler" birgə müəssisəsinin Direktorlar Şurasının ilk iclası keçirilib

Azərbaycan, Bakı, 5 mart /Trend/

"SOCAR-Foster Wheeler Mühəndis Xidmətləri" birgə müəssisəsinin Direktorlar Şurasının ilk iclası keçirilib.

ARDNŞ-dən bazar ertəsi Trend-ə verilən məlumata görə, iclasda Direktorlar Şurasının sədri Tofiq Qəhrəmanov, üzvləri Fəxrəddin İsmayılov, Sənan Tapdıqov, Marko Moresko və Mario Giuliani iştirak ediblər. İclasda birgə müəssisənin daxili strukturunun təsdiq edilməsi, 2012-2013-cü illər üçün büdcəsinin və biznes planının müzakirəsi, həmçinin təsdiqi, kadr məsələləri, məsləhətçi şirkətin seçilməsi məsələlərinə baxılmış və müvafiq qərarlar qəbul olunub.

Qeyd edək ki, birgə müəssisənin yaradılması təşəbbüsü ARDNŞ tərəfindən irəli sürülüb, əsas məqsəd isə yüksəkixtisaslı yerli kadrların hazırlanmasıdır. Birgə müəssisənin paylarının 65 faizi ARDNŞ-yə, 35 faizi isə "Foster Wheeler" şirkətinə məxsusdur. Təsis müqaviləsi və əldə olunmuş razılığa əsasən, gələcəkdə birgə müəssisəyə işə götürüləcək yerli kadrlar "Foster Wheeler" Italiana S.R.L şirkətinin Milan ofisində uzunmüddətli təlim keçəcəklər.

Xəbər lenti

Xəbər lenti