...

ARDNŞ səmt qazı mənbələrinin monitorinqinə başlayıb

Energetika Materials 12 Mart 2012 10:55 (UTC +04:00)
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) iqlim dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının reallaşdırılması tədbirləri çərçivəsində atmosferə atılan səmt qazlarının instrumental monitorinqinə başlayıb.
ARDNŞ səmt qazı mənbələrinin monitorinqinə başlayıb

Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir E.İsmayılov/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) iqlim dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının reallaşdırılması tədbirləri çərçivəsində atmosferə atılan səmt qazlarının instrumental monitorinqinə başlayıb. Trend-in məlumatına görə, bu barədə ARDNŞ-nin Ekologiya İdarəsinin bazar ertəsi yaydığı məlumatda deyilir.

İşlərə ARDNŞ-nin istehsalat sahələrində, əməliyyat şirkətlərində və birgə müəssisələrində başlanılıb.

Monitorinqin keçirilməsində məqsəd istixana effekti doğuran qaz mənbələrinin inventarizasiyası və bu mənbələr üzrə məlumatların bazasının dəqiqləşdirilməsidir. Monitorinq nəticəsində neft quyularından atmosferə atılan tullantılar qiymətləndiriləcək, bu tullantıların azalma dinamikası müəyyən ediləcək və xüsusi hesabat hazırlanacaq.

Xəbər lenti

Xəbər lenti