...

Azərbaycan Rusiyaya qazın verilişini bərpa edib

Energetika Materials 15 Mart 2012 15:11 (UTC +04:00)
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Rusiyaya qaz tədarükünü tam bərpa edib.
Azərbaycan Rusiyaya qazın verilişini bərpa edib

Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir E.İsmayılov/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Rusiyaya qaz tədarükünü tam bərpa edib. Bu barədə cümə axşamı Trend-ə şirkətdəki mənbə bildirib.

Onun sözlərinə görə, şəbəkədə təzyiqin tənzimlənməsi üzrə keçirilən bütün texniki işlər başa çatdırılıb ki, bu da Azərbaycandan Rusiyaya qaz ixracını bərpa etməyə imkan verib.

"Rusiyaya qaz ixracı gecə bərpa edilib və hazırda qazın verilişində problem yoxdur", - ARDNŞ-dən vurğulayıblar.

Xəbər lenti

Xəbər lenti