...

Azərbaycan neftinin qiymətləri martın 16-da artıb

Energetika Materials 17 Mart 2012 12:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir A.Bədəlova/

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 16-da 127,54 dollar/barel təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) şənbə günü verilən məlumata görə, cümə günü neftin qiymətləri cümə axşamına nisbətən 1,57 dollar/barel artıb.

"Azeri Light" neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryolla Gürcüstanın Batumi limanlarına çatdırılır. Bununla yanaşı, "Azeri Light" Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa limanına ixrac olunur.

ARDNŞ-dən bildiriblər ki, FOB Türkiyənin Ceyhan limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 16-da 126,31 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,57 dollar/barel çoxdur.

Azərbaycan neftin URALS növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti martın 16-da 120,56 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,23 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti martın 16-da 125,06 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,23 dollar/barel çoxdur.

Xəbər lenti

Xəbər lenti