...

Altıağac-Ağsu xətti ilə qazın verilməsi yaxın vaxtlarda bərpa ediləcək

Energetika Materials 14 Aprel 2012 10:12 (UTC +04:00)
Azərbaycanın Şamaxı rayonunda Altıağac-Ağsu magistral qaz xətti ilə qazın verilməsi yaxın vaxtlarda bərpa ediləcək. Bu barədə şənbə günü Trend-ə ARDNŞ-ni “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Altıağac-Ağsu xətti ilə qazın verilməsi yaxın vaxtlarda bərpa ediləcək

Azərbaycan, Bakı, 14 aprel / Trend, müxbir A.Axundov /

Azərbaycanın Şamaxı rayonunda Altıağac-Ağsu magistral qaz xətti ilə qazın verilməsi yaxın vaxtlarda bərpa ediləcək. Bu barədə şənbə günü Trend-ə ARDNŞ-ni "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

"Cümə günü saat 22:50-də Altıağac-Ağsu magistral qaz xəttində sızma və sonradan yanğın baş verib. Görülən tədbirlər nəticəsində kəmərlə qaz nəqli dayandırılaraq, yanğın söndürülüb. Hadisə nəticəsində Xızı rayonunun Altıağac qəsəbəsinə mavi yanacağın verilişi dayandırılıb.

"Hazırda alternativ magistral kəmərlə qaz nəql olunur. Qəza-bərpa işləri başa çatana qədər Altıağac qəsəbəsi qazsız qalacaq. Respublikanın digər yaşayış məntəqələrinin qazla təchizatında heç bir problem yoxdur", -məlumatda deylir.

Hadisə yerinə gələn mütəxəssislər onun səbəbini araşdırılar.

Şamaxı rayonu Bakının 135 kilometrliyində yerləşir.

Xəbər lenti

Xəbər lenti