...

ARDNŞ Azərbaycanın yeraltı qaz anbarlarında quyu fondunu artırır

Energetika Materials 1 İyun 2012 20:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) iyunda Azərbaycanın iki yeraltı qaz anbarında üç quyunun qazılmasını tamamlamağı planlaşdırır. Bu barədə Trend-ə cümə günü ARDNŞ-dəki mənbə bildirib.

Azərbaycan ərazisində iki - Qalmaz və Qaradağ yeraltı qaz anbarı var.

Onun sözlərinə görə, Qaradağda bir, Qalmaz yeraltı qaz anbarında isə iki quyunun qazılması yekunlaşmaq ərəfəsindədir.

"Hazırda Qaradağ qaz anbarında iki quyu, Qalmaz qaz anbarında isə üç quyu qazılır", - mənbə deyib.

Yeni quyular qaz anbarlarında saxlanılan qazın həcmini artırmaq məqsədilə qazılır.

Xəbər lenti

Xəbər lenti