...

Azərbaycan neftinin qiymətləri iyunun 1-də azalıb

Energetika Materials 2 İyun 2012 12:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir E.İsmayılov/

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 1-də 100,84 dollar/barel təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) şənbə günü verilən məlumata görə, cümə günü neftin qiymətləri cümə axşamına nisbətən 3,29 dollar/barel azalıb.

"Azeri Light" neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryolla Gürcüstanın Batumi limanlarına çatdırılır. Bununla yanaşı, "Azeri Light" Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa limanına ixrac olunur.

ARDNŞ-dən bildiriblər ki, FOB Türkiyənin Ceyhan limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 1-də 99,96 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 3,29 dollar/barel azdır.

Azərbaycan neftin URALS növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyunun 1-də 95,64 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 3,5 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti iyunun 1-də 98,46 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 3,2 dollar/barel azdır.

Xəbər lenti

Xəbər lenti