...

Azərbaycan neftinin qiymətləri: 28 may-1 iyun həftəsinin yekunları

Energetika Materials 2 İyun 2012 13:44 (UTC +04:00)
28 may-1 iyun həftəsində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti 106,22 dollar/barel təşkil edib.
Azərbaycan neftinin qiymətləri: 28 may-1 iyun həftəsinin yekunları

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir E.İsmayılov/

28 may-1 iyun həftəsində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti 106,22 dollar/barel təşkil edib. Trend-in məlumatına görə, bu, ötən həftənin orta qiymətindən 4,4 dollar/barel azdır.

28 may-1 iyun həftəsində AZERI LT-nin qiyməti maksimum 110,18, minimum isə 100,84 dollar/barel təşkil edib.

"Azeri Light"ın API üzrə qatılığı 34,6 dərəcə, kükürdün miqdarı isə 0,14 faizdir.

28 may-1 iyun həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftinin orta qiyməti 101,02 dollar/barel təşkil edib. Bu, ötən həftənin orta qiymətindən 4,5 dollar/barel azdır.

28 may-1 iyun həftəsində URALS-ın qiyməti maksimum 104,86, minimum isə 95,64 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

28 may-1 iyun həftəsində "Brent Dated" növünün orta qiyməti 103,74 dollar/barel təşkil edib. Bu, ötən həftənin orta qiymətindən 4,43 dollar/barel azdır.

28 may-1 iyun həftəsində "Brent Dated"in maksimum qiyməti 107,68, minimum isə 98,46 dollar/barel təşkil edib.

"Brent Dated"in API üzrə qatılığı 38,3 dərəcə, kükürdün miqdarı isə 0,36 faizdir.

Xəbər lenti

Xəbər lenti