...

ARDNŞ: İyunun 8-dən Azərbaycan Türkiyəyə qaz tədarükünü bərpa edəcək

Energetika Materials 6 İyun 2012 11:10 (UTC +04:00)
Azərbaycan qazının Cənubi Qafqaz qaz kəməri (Bakı-Tbilisi-Ərzurum) ilə Türkiyəyə ixracı cümə günündən (iyunun 8-dən) bərpa olunacaq
ARDNŞ: İyunun 8-dən Azərbaycan Türkiyəyə qaz tədarükünü bərpa edəcək

Azərbaycan, Bakı, 6 iyun / Trend, müxbir E.İsmayılov /

Azərbaycan qazının Cənubi Qafqaz qaz kəməri (Bakı-Tbilisi-Ərzurum) ilə Türkiyəyə ixracı cümə günündən (iyunun 8-dən) bərpa olunacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev bildirib.

Mayın 29-da Qars şəhərində Cənubi Qafqaz qaz kəmərində (Bakı-Tbilisi-Ərzurum) partlayış baş vermişdi.

Türkiyə Cənubi Qafqaz qaz kəməri ilə "Şahdəniz" yatağından ildə 6,6 milyard kubmetr qaz almaq haqqında müqaviləyə malikdir. İxrac dayandırılanadək boru kəməri ilə gündə orta hesabla 12 milyon kubmer qaz nəql olunub.

Xəbər lenti

Xəbər lenti