...

ARDNŞ Türkiyədəki layihələrə investisiyaları artırmaq niyyətindədir

Energetika Materials 7 İyun 2012 13:10 (UTC +04:00)
Yaxın yeddi-səkkiz ildə ARDNŞ Türkiyədəki layihələrə on milyardlarla investisiya qoymaq niyyətindədir.
ARDNŞ Türkiyədəki layihələrə investisiyaları artırmaq niyyətindədir

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir E.İsmayılov/

Yaxın yeddi-səkkiz ildə ARDNŞ Türkiyədəki layihələrə on milyardlarla investisiya qoymaq niyyətindədir. Trend-in məlumatına görə, bu barədə ARDNŞ-nin iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov Bakıda keçirilən XIX Beynəlxalq "Xəzər neft, qaz, neftayırma və neft kimyası - 2012" ("Caspian Oil and Gas") sərgi və konfransında bildirib.

"TANAP-ın (Trans Anadolu qaz kəməri) tikintisi layihəsi nəzərə alınmaqla Türkiyədə investisiyaların ümumi həcmi 17 milyard dolları ötə bilər", - Qasımov deyib.

Bakı və Ankara Türkiyə ərazisində yeni qaz kəməri tikmək niyyətindədirlər. Trans Anadolu qaz kəmərinin (TANAP) tikintisi Azərbaycanın 2025-ci ilədək hasil etmək niyyətində olduğu 50 milyard kubmetr həcmində qazın böyük hissəsinin ixracı üçün lazımdır.

Konsorsiumun təsisçiləri ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti), Türkiyənin dövlət boru kəməri operatoru BOTAŞ və Türkiyənin "Turkiye Petrolleri" SC neft şirkətidir. Gələcəkdə konsorsiuma başqa beynəlxalq neft-qaz şirkətləri də qoşula bilərlər.

Xəbər lenti

Xəbər lenti