...

Metyu Brayza "Turcas" şirkətinin Korporativ İdarəetmə Komitəsinin sədri təyin edilib

Energetika Materials 7 İyun 2012 15:15 (UTC +04:00)
Türkiyənin yanacağın paylanması üzrə şirkəti "Turcas"ın Korporativ İdarəetmə Komitəsinin sədri Metyu Brayza təyin edilib.
Metyu Brayza "Turcas" şirkətinin Korporativ İdarəetmə Komitəsinin sədri təyin edilib

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir A.Tağıyeva/

Türkiyənin yanacağın paylanması üzrə şirkəti "Turcas"ın Korporativ İdarəetmə Komitəsinin sədri Metyu Brayza təyin edilib. Trend-in məlumatına görə, bu barədə şirkətin cümə axşamı rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir.

"Turcas" və ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Petkim neft-kimya komleksi birgə müəssisəsinin iştirakçıları olublar. Daha sonra ARDNŞ "Turcas" şirkətinin səhmlərini alaraq Petkim-in tam sahibi olub.

Bundan əvvəl ARDNŞ-Turcas Türkiyədə Petkim-in xammal tələbatını təmin etməyə yönəlmiş yeni "Star" neft emalı zavodunun tikintisinə başlayıb.

Qeyd edək ki, ABŞ-ın Azərbaycandakı səfiri kimi Metyu Brayzanın missiyası 2011-ci il dekabrın sonlarında başa çatıb.

Xəbər lenti

Xəbər lenti