...

Azərbaycan Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib

Energetika Materials 7 İyun 2012 17:00 (UTC +04:00)
2012-ci il iyunun 7-də Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının növbəti iclası keçirilib.
Azərbaycan Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib

Azərbaycan, Bakı, 7 iyun /Trend/

2012-ci il iyunun 7-də Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının növbəti iclası keçirilib.

Fonddan cümə axşamı Trend-ə verilən məlumata görə, Azərbaycanın Baş Naziri, Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri Artur Rasizadənin sədrliyi ilə keçirilən iclasda Fondun 2011-ci ildə fəaliyyəti haqqında illik hesabatı, maliyyə fəaliyyətinin auditinin nəticələri, ARDNF-nin 2011-ci il büdcəsinin icrası, Fondun 2012-ci il büdcəsində əlavə və dəyişikliklərin edilməsi məsələlərinə baxılıb.

Müşahidə Şurası Neft Fondunun icraçı direktorunun təqdim etdiyi Fondun 2011-ci ildə fəaliyyəti haqqında illik hesabatına, Fondun 2011-ci ildə maliyyə fəaliyyəti haqqında müstəqil auditorun ("Ernst ənd Yanq" şirkətinin) hesabatına baxaraq onları məqbul hesab edib və Fondun 2011-ci il büdcəsinin icrası layihəsini təsdiq olunmaq üçün Azərbaycan Prezidentinə təqdim etmək barədə qərar qəbul edib.

Müşahidə Şurası Fondun 2012-ci il büdcəsinə dəyişiklikləri məqbul hesab edib və həmin dəyişikliklərin təsdiq olunmaq üçün Azərbaycan Prezidentinə təqdim olunmasını qərara alıb.

Baş nazir Artur Rasizadə 2012-ci il üzrə Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri seçilib.

Xəbər lenti

Xəbər lenti