...

Azərbaycanda neft sahəsində həyata keçirilən layihələr "Mitsubişi" üçün maraq doğurur

Energetika Materials 7 İyun 2012 20:30 (UTC +04:00)
ARDNŞ prezidenti Rövnəq Abdullayev "Mitsubişi" korporasiyasının baş vitse-prezidenti, Türkiyə, Mərkəzi Asiya və Qafqaz ofisinin rəhbəri Hiroşi Miyoşinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Azərbaycanda neft sahəsində həyata keçirilən layihələr "Mitsubişi" üçün maraq doğurur

Azərbaycan, Bakı, 7 iyun /Trend/

ARDNŞ prezidenti Rövnəq Abdullayev "Mitsubişi" korporasiyasının baş vitse-prezidenti, Türkiyə, Mərkəzi Asiya və Qafqaz ofisinin rəhbəri Hiroşi Miyoşinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, Abdullayev dəvəti qəbul edərək XIX beynəlxalq "Xəzər neft, qaz, neftayırma və neft kimyası - 2012" sərgi-konfransında iştirak etdikləri üçün qonaqlara təşəkkürünü bildirib. O, əmin olduğunu bildirib ki, Azərbaycanın neft-qaz siyasəti hələ uzun illər dünya dövlətlərinin marağını cəlb edəcək.

Miyoşi "Mitsubişi" korporasiyasının Yaponiya və dünya miqyasında həyata keçirdiyi layihələr haqqında qısa məlumat verərək, ARDNŞ-nin neft emalı və neft kimyası sahələrində həyata keçirdiyi layihələrin "Mitsubişi" üçün maraq doğurduğunu vurğulayıb.

Tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsinin aparıldığı görüşdə "Mitsubişi" korporasiyasının tətbiq etdiyi yeni texnologiyalar barədə təqdimat keçirilib.

Xəbər lenti

Xəbər lenti