...

Türkmənistan qaz ixracının yeni istiqamətlərini nəzərdən keçirir – səfir

Energetika Materials 8 İyun 2012 12:18 (UTC +04:00)
Türkmənistan karbohidrogen xammalı ehtiyatlarına malik ölkədir və ölkənin siyasəti bu xammalın tədarükünün şaxələndirilməsindən ibarətdir.
Türkmənistan qaz ixracının yeni istiqamətlərini nəzərdən keçirir – səfir

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir V.Javoronkova/

Türkmənistan karbohidrogen xammalı ehtiyatlarına malik ölkədir və ölkənin siyasəti bu xammalın tədarükünün şaxələndirilməsindən ibarətdir. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə Türkmənistanın Azərbaycandakı səfiri Toyli Komekov Azərbaycan ilə Türkmənistan arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyinə həsr edilmiş tədbirdə deyib.

"Hazırda Türkmənistan müxtəlif istiqamətlərə təbii qaz ixrac edir. Həmin istiqamətlər arasında Rusiya, Çin, İran var. Türkmənistan, eyni zamanda, enerji tədarükünün başqa istiqamətlərinə baxır", - Komekov bildirib.

Onun sözlərinə görə, hazırkı mərhələdə TƏPH (Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan) layihəsinin reallaşdırılması ilə bağlı aktiv işlər görülür, həmin layihə çərçivəsində görüşlər keçirilir. Hazırda tərəflər arasında boru kəmərinin tikintisinin, qiymət siyasətinin və texniki məsələlərin detallarının yekun razılaşdırılması aparılır.

Səfir qeyd edib ki, Türkmənistan Avropa ölkələrinə də qaz ixrac etməyə hazırdır.

"Türkmənistanın istənilən enerji layihəsi enerji tədarükünün qlobal təhlükəsizliyinin təmin olunmasına yaxınlaşır. Ona görə də türkmən tərəfi bütün istiqamətlərdə, o cümlədən Avropa istiqamətində türkmən qazının tədarükü üzrə məsləhətləşmələr aparmağa, iş görməyə hazırdır və artıq bunu edir", - Komekov deyib.

TƏPH-nin irəliləməsi üzrə baza sənədi 2010-cu ilin sonunda Aşqabadda imzalanmış layihənin praktiki olaraq həyata keçirilməsinə başlamaq üzrə iştirakçı ölkələrin dövlətlərarası sazişidir.

Kəmərin gücü ildə 33 milyard kubmetr qaz təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti