...

"Ümid" platformasından qazılmış ikinci quyu mənimsənilib

Energetika Materials 8 İyun 2012 18:45 (UTC +04:00)
"Ümid" platformasından qazılmış 10 saylı ikinci quyu bu gün performasiya olunub və mənimsənilib.
"Ümid" platformasından qazılmış ikinci quyu mənimsənilib

Azərbaycan, Bakı, 8 iyun /Trend/

"Ümid" platformasından qazılmış 10 saylı ikinci quyu bu gün performasiya olunub və mənimsənilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, quyu 6340-6356 metr intervalında Balaxanı lay dəstəsinin VII horizontunun aşağı hissəsində işə salınıb. Quyunun gündəlik verimi 1 milyon 200 min kubmetr qaz, 150 ton kondensat təşkil edir.

Bu quyunun məlumatları "Ümid" yatağının böyük karbohidrogen ehtiyatlarına malik olduğunu bir daha əyani şəkildə sübut edib.

Xəbər lenti

Xəbər lenti