...

Kiyevdə ARDNŞ-nin yeni yanacaqdoldurma kompleksi fəaliyyətə başlayıb

Energetika Materials 8 İyun 2012 20:50 (UTC +04:00)
"SOCAR Energy Ukraine" MMC Kiyev vilayətində yeni avtomobil yanacaqdoldurma kompleksini istismara verib. Kompleks Kiyevin çıxışından 11 kilometr aralıda "Borispol" aeroportu istiqamətindəki Borispol yolunda yerləşir.
Kiyevdə ARDNŞ-nin yeni yanacaqdoldurma kompleksi fəaliyyətə başlayıb

Azərbaycan, Bakı, 8 iyun /Trend/

"SOCAR Energy Ukraine" MMC Kiyev vilayətində yeni avtomobil yanacaqdoldurma kompleksini istismara verib. Kompleks Kiyevin çıxışından 11 kilometr aralıda "Borispol" aeroportu istiqamətindəki Borispol yolunda yerləşir. Bu barədə cümə günü Trend-ə MMC-dən məlumat verilib.

Bu obyektdə Avropa metrologiya və partlayış təhlükəsizliyinin bütün tələblərinə cavab verən müasir yanacaq paylayıcı kolonkalar quraşdırılıb. Bu, beş ədəd ikitərəfli kolonkadır. Onlar vasitəsilə Nano 95, Nano diesel, A 95 və A 92 benzinləri reallaşdırılır.

Stansiyada müşahidə kameraları, çənlərin doldurulmasına nəzarət, baş operatorun YDM operatoru ilə rabitəsi üzrə sistemlər fəaliyyət göstərir.

Bundan başqa, nəqliyyat vasitələrinin sahibləri avtomobil tozsoranları, WC, şinlərin doldurulması, pulsuz wi-fi, mobil telefonun batareyasının doldurulması xidmətindən istifadə edə bilərlər.

Yanacaqdoldurma kompleksində geniş "Buta market" firma mağazası fəaliyyət göstərir. Mağazadan geniş çeşiddə qida məhsulları, içkilər və s. əldə etmək mümkündür. Hesablaşma əməliyyatlarının rahatlığı üçün ödənişdə bank kartları qəbul edilir.

Bu gün Ukraynada SOCAR şəbəkəsi Kiyev, Odessa, Lvov, Nikolayevsk vilayətlərində 22 avtomobil yanacaqdoldurma kompleksi ilə təmsil olunub. 2012-ci ilin sonunadək ARDNŞ-nin Ukraynada YDM-lərinin sayı 100 ədəd təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti