...

Azərbaycanda bir sıra rayonların qaz təchizatında məhdudiyyətlər olacaq

Energetika Materials 11 İyun 2012 18:58 (UTC +04:00)
Təmir işləri ilə əlaqədar olaraq 12 iyun 2012-ci il tarixdə saat 10:00-dan 18:00-dək "Yevlax-Balakən" magistral qaz kəməri, "Ağstafa" avtomatik qazpaylayıcı stansiyası və "Köçəsgər" qazpaylayıcı stansiyasında, sərfölçmə qovşağında metroloji göstəricilərin təftiş olunması ilə əlaqədar olaraq isə saat 11:00-dan "Mərəzə" qazpaylayıcı stansiyasından təbii qaz təchizatı dayandırılacaq.
Azərbaycanda bir sıra rayonların qaz təchizatında məhdudiyyətlər olacaq

Azərbaycan, Bakı, 11 iyun /Trend/

Təmir işləri ilə əlaqədar olaraq 12 iyun 2012-ci il tarixdə saat 10:00-dan 18:00-dək "Yevlax-Balakən" magistral qaz kəməri, "Ağstafa" avtomatik qazpaylayıcı stansiyası və "Köçəsgər" qazpaylayıcı stansiyasında, sərfölçmə qovşağında metroloji göstəricilərin təftiş olunması ilə əlaqədar olaraq isə saat 11:00-dan "Mərəzə" qazpaylayıcı stansiyasından təbii qaz təchizatı dayandırılacaq.

Trend "Azəriqaz" İB-nin rəsmi saytına istinadən məlumat verir ki, təmir işləri aparılan müddətdə Qax, Şəki, Zaqatala, Balakən və Ağstafa rayonlarının, eləcə də Ərəbqədim, Cəmcəmli və Göydərə kəndləri istisna olmaqla Qobustan rayonunun "mavi yanacaq"la təmin olunan bütün yaşayış məntəqlərinə təbii qazın verilişində fasilələr yaranacaq.

Xəbər lenti

Xəbər lenti