...

Azərbaycanda qazla təmin olunan abonentlərin sayı 1410231-ə çatıb

Energetika Materials 12 İyun 2012 19:47 (UTC +04:00)
Azərbaycanda 1 iyun 2012-ci il tarixə ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1410231-ə (1392875 əhali, 17356 qeyri-əhali abonenti) çatıb.
Azərbaycanda qazla təmin olunan abonentlərin sayı 1410231-ə çatıb

Azərbaycan, Bakı, 12 iyun /Trend/

Azərbaycanda 1 iyun 2012-ci il tarixə ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1410231-ə (1392875 əhali, 17356 qeyri-əhali abonenti) çatıb.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, bu abonentlərin 637832-si Bakı şəhəri (628647 əhali, 9185 qeyri-əhali abonenti), 772399-u isə regionların payına düşür (764228 əhali, 8171 qeyri-əhali).

Ümumilikdə, 1408068 abonent sayğaclaşdırılıb ki, bu rəqəmin də 1390712-si əhali (99,8 faiz), 17356-sı qeyri-əhali (100 faiz) istehlakçılarıdır. Sayğaclaşdırmanın nisbətinə gəlincə, bu sahədə vəziyyət belədir: Bakı şəhəri üzrə 627521 əhali abonenti (99,8 faiz), 9185 qeyri-əhali abonenti (100 faiz), regionlar üzrə isə 763191 əhali abonenti (99,9 faiz) və 8171 qeyri-əhali abonenti (100 faiz).

1 iyun 2012-ci il tarixə əhali abonentlərinin mənzillərində 371749 ədəd "smart-kart" tipli qaz sayğacları quraşdırılıb ki, bunun da 63067-si GULF, qalanları isə İTRON sayğaclarıdır.

İyunun 1-nə bütün şəhər və rayon mərkəzləri ilə yanaşı, 1013 kənd və qəsəbə təbii qazla təmin edilib.

Xəbər lenti

Xəbər lenti