...

Metanolla işləyən yanacaq elementləri şöhrət qazanır

Energetika Materials 18 İyun 2012 10:19 (UTC +04:00)
Bu gün bütün dünyada metanolla işləyən yanacaq elementləri getdikcə daha çox populyarlıq qazanır.
Metanolla işləyən yanacaq elementləri şöhrət qazanır

Azərbaycan, Bakı, 18 iyun /Trend/

Bu gün bütün dünyada metanolla işləyən yanacaq elementləri getdikcə daha çox populyarlıq qazanır. Onlar qadjetlər və mobil cihazlar kimi müxtəlif elektrik qurğuların bir neçə ay ərzində enerji ilə təchizatı üçün nəzərdə tutulub və ənənəvi batareyalardan 80 faiz daha yüngüldür.

Belə yüngül yanacaq elementləri Almaniyada, Münhen laboratoriyasında istehsal olunur. Bu yanacaq elementlərinin ixtirası alman mühəndis-kimyaçısı və mexaniki Manfred Stefenerin adı ilə bağlıdır. O, və onun komandası yeni kompakt və portativ yanacaq elementləri batareyasını yaradıblar.

1990-cı illərdə Manfredа Stefenerdə yaranan bu ideya öz mahiyyətinə görə yanacaq elementlərindəki ənənəvi enerji mənbəyi olan hidrogenin metanolla əvəz olunmasından ibarət idi. Metanol bəzi maddələrdə, məsələn, antifrizlərdə və şüşətəmizləyici mayelərdə istifadə olunan spirtdir. Hidrogendən dörd dəfə sıx olan metanol daha az saxlanma məkanı tələb edir və bununla batareyanın ölçülərini də azaldır. Stefenerin komandası yanacaq elementinin struktur ölçülərini müvəffəqiyyətlə kiçiltməyə nail oldu və beləliklə də iqtisadi nöqteyi-nəzərdən onun həyat qabiliyyəti daha da artdı.

Stefener bu haqda belə deyir: "Metanol çox yüksək enerji sıxlığına malik maye yanacaqdır və onu daşımaq çox rahatdır, ona görə də kiçik yanacaq elementlərində hidrogen yerinə metanolun istifadəsi onların daşınmasını, kiçik kartriclərin doldurulmasını sadələşdirir, eləcə də yanacaq elementlərinin uzunmüddətli istismarını təmin edir."

Stefener həm də təbii qazla işləyən, məişət enerjisi təchizatı və evlərin isidilməsi üçün nəzərdə tutulmuş yanacaq elementinin daha bir növünü yaratmışdır. O deyir ki, bu cihaz bizim elektrik enerjisinə çəkdiyimiz xərcləri xeyli dərəcədə ixtisara sala və CO2 tullantılarını 40 faiz azalda bilər.

"Yanacaq elementi aşağıdakı prinsiplə işləyir", - deyə alim izah edir, - "O paylayıcı şəbəkədən adi təbii qazı götürür və elektrik enerjisi istehsal edir ki, bu da tipik Avropa evinin elektrik enerjisinə olan ümumi tələbatının 40-60 faizini təmin etməyə bəs edir, eyni zamanda o bu evlərin isti suya olan tələbatını da əməli surətdə təmin edir".

42 yaşlı Stefener Avropa patent bürosu tərəfindən təsis edilmiş "Ümumavropa ixtiraçısı" mükafatının laureatları arasındadır. Mükafatın təqdim olunma mərasimi iyun ayında Kopenhagendə keçiriləcəkdir. Öz tədqiqatlarını apararaq o belə bir nəticəyə gəlmişdir ki, hidrogenin böyük, ağır yanacaq elementlərində tam şəkildə istifadəsi qeyri-realdır: "Münhen texniki universitetində elmlər doktoru alimlik dərəcəsini almaq üçün 1997-ci ildən üzərində işlədiyim dissertasiyanın tezislərində göstərmişəm ki, bir zamanlar hamının çox arzuladığı hidrogen bazalı avtomobillər olduqca baha olacaqlarından kütləvi istehsala hazır deyildilər. Onlar üçün hidrogenin infrastrukturu da yox idi. Ona görə də məndə belə bir ideya yarandı ki, kiçik ölçülü cihazlar üçün elektrik enerji əmsalı min dəfələrlə az olan yanacaq elementləri yaradım".

Stefener əmindir ki, metanolla işləyən yanacaq elementləri cəmiyyətimizin enerjiyə getdikcə artan tələbatının ödənilməsinə imkan verəcək bir sıra yeni ideya və tətbiq sahələrinin yaranmasına səbəb ola bilər.

Bu yaxınlarda "Euronews" kanalı yanacaq elementləri və Manfred Stefener haqqında reportaj hazırlamışdır. Bu reportaja aşağıdakı linkə keçməklə baxmaq olar: http://ru.euronews.com/2012/06/05/new-fuel-cell-in-line-for-european-award/

Xəbər lenti

Xəbər lenti