...

Azərbaycanda avtomobillər üçün yeni ekoloji standart təsdiq edilib

Energetika Materials 22 İyun 2012 18:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir E.İsmayılov/

İyulun 2-dən etibarən Azərbaycanda dizel və benzin mühərrikli nəqliyyat vasitələrinin işlənmiş qazlarının tərkibindəki zərərli maddələri, habelə ölkədə istifadə edilən yanacağın keyfiyyətini tənzimləyən Avro-3 standartı tətbiq edilməyə başlayacaq. Bu barədə cümə günü Trend-ə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən məlumat veriblər.

Məlumata əsasən, "Yol nəqliyyatı. Ekoloji siniflər" standartı artıq komitə tərəfindən təsdiq edilib və ölkədə Avro-3 standartının tətbiqinə başlamaq üçün hazırlıq işləri aparılır.

"Yol nəqliyyatı. Ekoloji siniflər" standartı Avro-3, Avro-4 və Avro-5 ekoloji standartlarından ibarətdir.

"İyulun 2-dən etibarən Avro-3 standartının tətbiqinə başlanacaq", - komitədən qeyd ediblər.

Məlumata əsasən, ölkədə istehsal edilən yanacaq Avro-3 standartlarına cavab verir.

Dövlət Gömrük Komitəsindən cümə günü Trend-ə verilən məlumata görə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən yeni standartların tətbiqi ilə bağlı təlimatlar hələ alınmayıb.

Xəbər lenti

Xəbər lenti